Müllerdən yeni rekord
Almaniyanın “Bayern” klubunun hücumçusu Tomas Müller yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, 32 yaşlı forvard Bundesliqanın 18-ci turu çərçivəsində qarşılaşdıqları Münhenqladbax “Borussiya”sı ilə oyunda meydana çıxmaqla Münhen təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçuya çevrilib.
Sadəcə, o, meydan oyunçuları arasında rekordçudur. O, “Bayern”in heyətində indiyə qədər 608 matça çıxıb.
“Bayern”də Müllerdən daha çox oyun keçirən cəmi iki futbolçu var ki, onlar da qapıçılardır. Belə ki, Oliver Kan vaxtilə bu komandada 632, Zepp Mayer isə 702 rəsmi matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin