
Tolissonun yeni klubu
“Bayern”in keçmiş yarımmüdafiəçisi Korentin Tolisso “Lion”a qayıdacaq.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı fransalı klubla müqavilənin şərtlərini razılaşdırıb.
Tolisso “Lion”un yetirməsidir. O, 2017-ci ilin iyulunda komandadan ayrılaraq “Bayern”ə keçib.
Tolisso 2021/22 mövsümündə münhenlilərin heyətində 21 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. O, bu il may ayının sonunda azad agent kimi klubu tərk edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin