Tokio-2020: İranlı idmançıdan rekord göstərici

Tokio Yay Olimpiya Oyunlarında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada kişilərin yarışlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, 244,8 xal toplayan İran təmsilçisi Cavad Foruqi qızıl medal qazanıb. Olimpiya Oyunlarında debüt edən Cavad bu göstərici ilə yeni olimpiya rekordu müəyyənləşdirib. Bu, həm də İran tarixində Olimpiya Oyunlarında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında ilk qızıl medal olub.

Serbiyalı Damir Mikeç ikinci, çinli Pan Vey isə üçüncü yeri tutub.

Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında Azərbaycanı təmsil edən Ruslan Lunyov təsnifat mərhələsində 20-ci yeri tutmuş və finala vəsiqə qazana bilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button