Tokio-2020: Ekvadorlu idmançı qızıl medal qazandı
Tokio-2020 Yay Olimpiya Oyunlarında velosipedin şosse növündə birinci yerin sahibi məlum olub.
Komanda.az xəbər verir ki, Ekvador velosipedçisi Riçard Karapas finişə hamıdan tez çatıb. O, 6 saat 5 dəqiqə 26 saniyəlik nəticə ilə olimpiya çempionu olub.
Velosipedin şosse növündə belçikalı Vout van Ert ikinci, sloveniyalı Tadey Poqaçar isə üçüncü olub. Bu gün mübarizəyə qoşulan Azərbaycan təmsilçisi Elçin Əsədov isə finişə 108 km qalmış çıxışını dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin