
Tokio-2020: Voleybolda çempion bilindi
Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında voleybol yarışının qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, finalda Braziliya və ABŞ milliləri üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən (25:21, 25:20, 25:14) ABŞ yığması olimpiadanın qızıl medallarına sahib olub.
Bürünc mükafatı Cənubi Koreyanı 3:0 hesabı ilə məğlub edən Serbiya millisi qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin