Tokio-2020: ABŞ millisi finala vəsiqə qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin basketbol yarışında ilk finalçı bəlli olub.

Komanda.az xəbər verir ki, həlledici matça ilk vəsiqənin sahibi ABŞ yığması olub. ABŞ millisi yarımfinalda Avstraliya ilə qarşılaşıb. Görüş amerikalıların 97:78 hesablı qələbəsiylə başa çatıb.

ABŞ-ın finaldakı rəqibi Fransa – Sloveniya matçının qalibi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button