Tokio-2020: Azərbaycanın iki cüdoçusu mübarizəni dayandırdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov olimpiadaya qələbə ilə başlayıb. O, Böyük Britaniyanı təmsil edən Eşli Makkenzini məğlub edib. Hüseynov 1/8 finalda Gürcüstan təmsilçisi, dünya çempionu Luxumi Çxvimianiyə uduzaraq olimpiadada mübarizəni dayandırıb.

Qadınların yarışında isə Aişə Qurbanlı (48 kq) ilk görüşdəcə mübarizəni dayandırıb. O, 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button