“Uduzanda düşündüm ki, bu medal qızıl olmayacaq və çox pis oldum”

Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan güləşçisi Mariya Stadnik açıqlama verib.

Komanda.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinə danışan Stadnik, qızıl medal qazanmadığı üçün təəssüfləndiyini deyib:

“Salam, Azərbaycan. Budur, 4-cü olimpiya medalımı əlimdə tuturam. Təəssüf ki, bu qızıl deyil. Bu 4-cü medal tarixdir, əzmdir. 20 ildən çox çəkdiyimiz əziyyətin nəticəsidir. Uduzanda düşündüm ki, bu medal qızıl olmayacaq və çox pis oldum. İndi isə əlimdə tutduğum bu bürünc medalın dəyərini anlayıram və bunun üçün Allaha şükür edirəm.

İdmanla bağlı planlarıma gəldikdə isə onu deyə bilərəm ki, hazırda ancaq istirahət etməyi düşünürəm. Olimpiya Oyunlarına hazırlıq çox ciddi psixoloji yükdür. Ən az 2-3 ay özümə gəlməliyəm ki, qaldığım yerdən davam edə bilim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button