Tokio-2020: Azərbaycanlı boksçu 1/8 finalda dayandı
Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayev (91 kq) Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb.
1/16 finalda bəhreynli Denis Latıpova qalib gələn Abdullayev 1/8 finalda özbəkistanlı Bahodir Calolovla üz-üzə gəlib.
Döyüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbəsi ilə başa çatıb.
Məhəmməd Abdullayev Tokio-2020 ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin