Tokio-2020 ilə vidalaşan Azərbaycan təmsilçiləri SİYAHI

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançısından artıq bəziləri mübarizəni dayandırıb.

Komanda.az xəbər verir ki, iyulun 24-dən mübarizəyə qoşulan 19 idmançıdan 16-sı çıxışını başa vurub.

Mübarizəyə qoşulan üç idmançının isə medal qazanmaq şansı var. Boksçular Cavid Çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (91 kq) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. Güllə atıcısı Ruslan Lunyov isə 10 metr məsafəyə atəşdə uğursuz çıxış etsə də, onun avqustun 1-də 25 metr məsafə yarışında medal qazanmaq şansı var.

Tokio-2020 ilə vidalaşan Azərbaycan təmsilçiləri

  1. Kəramət Hüseynov (cüdo) – 1/8 finalda uduzub
  2. Aişə Qurbanlı (cüdo) – 1/16 finalda uduzub
  3. Elçin Əsədov (şosse velosipedi) – finişə çata bilməyib
  4. Maksim Şemberev (üzgüçülük) – 26-cı yer
  5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük) – 30-cu yer
  6. Tayfur Əliyev (boks) – 1/16 finalda uduzub
  7. Lorenzo Sotomayor (boks) – 1/16 finalda uduzub
  8. İvan Tixonov (idman gimnastikası) – 45-ci yer
  9. Marina Nekrasova (idman gimnastikası) – 70-ci yer
  10. Orxan Səfərov (cüdo) – 1/16 finalda uduzub
  11. Emin Cəfərov (stend atıcılığı) –26-cı yer
  12. Anna Basta (qılıncoynatma) – 1/8 finalda uduzub
  13. Fəridə Əzizova (taekvondo) – 1/8 finalda uduzub
  14. Milad Hərçəqani (taekvondo) – 1/4 finalda uduzub
  15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer
  16. Rüstəm Orucov (cüdo) – 5-ci yer
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button