
Tokio-2020: Şərif Şərifov 5-ci oldu
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Komanda.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov kubalı Reyneris Salas Pereslə üz-üzə gəlib.
Görüş 3:3 hesabı ilə yekunlaşıb. Son xal prinsipinə əsasən rəqibinə məğlub olan Şərifov, olimpiadada 5-ci olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin