Tokio-2020: İki kubalı qarşılaşdı, uduzan Azərbaycan oldu
Azərbaycanı təmsil edən kubalı boksçu Alfonso Dominges Tokio-2020 olimpiadasında növbəti görüşünü keçirib.
Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda son olimpiya çempionu, həmyerlisi olan kubalı Arlen Lopeslə üz-üzə gəlib. Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalı ilə kifayətlənib.
Dominges 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin