Tokio-2020: Braziliya və İspaniya finalda
Tokio-2020-də kişi futbolçuların mübarizəsi davam edir.
Komanda.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinin görüşləri keçirilib. Günün ilk matçında Meksika və Braziliya komandaları qarşılaşıblar. Oyun Bakı vaxtı ilə saat 12:00-da start götürüb. Əsas və əlavə vaxtda qapılara qol vurulmayıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Braziliya finala yüksəlib.
kinci yarımfinal görüşü Yaponiya və İspaniya arasında oynanılıb. Bu qarşılaşmanın da əsas vaxtı qolsuz bitib. Əlavə vaxtda hesabı açan ispanlar finala yüksəliblər.
Tokio-2020, futbol (kişilər), yarımfinal
Meksika – Braziliya 0:0 (penaltilər 1:4)
Yaponiya – İspaniya 0:1
Qol: M.Asensio, 115.
Qeyd edək ki, kişi futbolunda mübarizəyə avqustun 7-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin