Toğrul Eratlı darmadağın
Futbol üzrə Türkiyə 2-ci liqasında 33-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Darica Gənclərbirliyi” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən qəbəbə ilə ayrılıb – 3:0.
Toğrul da bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.
“Fatih Karagümrük” 33 turdan sonra 65 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin