Tofiq Bəhrəmov adına stadionda fəhlə hündürlükdən yerə yıxılıb

Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib.

Komanda.az “pressing.az”a istinadən xəbər verir ki, hadisə uçan damın restavrasiyası zamanı baş verib.

Bu gün səhər saatlarında işini yerinə yetirmək üçün dama çıxan fəhlə ehtiyatsızlıqdan yerə yıxılıb. Hündür məsafədən beton və oturacaqlara çırpılan şəxsin vəziyyəti ağırdır. O, dərhal xəstəxanaya çatdırılıb.

İki gün sonra “Qarabağ” “Tofiq Bəhramov”da Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində İsveçin “Hakken” komandasını qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button