
Emil Balayevin klubunda yeni müqavilə – qapıçı ilə
Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” klubu digər qolkiperi ilə yeni müqavilə imzalayıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisi Sultan Busurmanovla yeni – bir illik müqavilə imzalayıb. Yeni müqavilə 2020-ci ilin sonunadək nəzərdə tutulub.
“Tobol”un yetirməsi olan futbolçu, 2015-ci ildə əsas komandada debüt edib.
Kostanay təmsilçisi bir neçə gün əvvəl qapıçı İqor Şatskini transfer etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin