“Tobol” rəsmisindən Emil Balayevlə bağlı AÇIQLAMA
“Səbail”in qapıçısı Emil Balayevin Qazaxıstanın “Tobol” klubuna keçməyə yaxın olduğunu xəbər vermişdik.
Komanda.az Qazaxıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Tobol”un idman direktoru Nikolay Panin, məsələylə bağlı açıqlama verərək, qapıçı ilə rəsmi müqavilənin imzalanmadığını, eyni zamanda, onun transferi ilə bağlı mətbuatda göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib:
“Onunla müqavilə imzalanmayıb, sadəcə, danışıqlar aparılır”.
Mətbuatda “Tobol”un Balayevlə iki illik müqavilə bağladığı, qapıçının məxsus olduğu “Səbail”ə 50 min dollar, futbolçunun özünə isə illik 200 min dollar ödəyəcəyi ilə bağlı xəbərlər yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin