“Titullar qazanmaq üçün ciddi işlər görülməlidir” – Konte

“Tottenhem”in baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 18-ci turunun “Aston Villa” ilə matçından sonra (0:2) fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, titullar qazanmaq üçün komandanın gənc futbolçulara ehtiyac duyduğunu bildirib:

“Titullar qazanmaq üçün ciddi işlər görülməlidir. Gənc oyunçular daha da inkişaf etdirilməlidir. Hər mövsüm ən azı iki gənc futbolçu komandaya cəlb edilməli və onların dəyəri 50-70 milyon funt-sterlinq olmalıdır.

Yəni komandanın hazırki səviyyəsini artırmaq üçün vacib oyunçular transfer edilməlidir. Bu, çox uzun bir prosesdir”.

Hazırda “Tottenhem” Premyer Liqanın turnir cədvəlində 30 xalla 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button