“Titul qazanmaqla öz sözümüzü deyə bilərik” – “Qarabağ”ın rəqibinin futbolçusu

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa”nın yarımmüdafiəçisi Joao Moutinyo bu turnirlə bağlı gözləntilərini bölüşüb.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalı futbolçu sözügedən yarışda iddialı olduqlarını qeyd edib: 

“Avropa Liqasındakı komandaların qrupunun ən güclüləri olan bir mövsümdür. Biz bunu bilirik, amma burada sadəcə oynamaq, rəqabət aparmaq yox, gücümüzü, kubok uğrunda mübarizə aparmağı nümayiş etdirmək üçün yarışırıq. Bu, bizim borcumuzdur. Titul qazanmaqla öz sözümüzü deyə bilərik. Futbolda gözlənilməz nəticələr olur. Biz qalib gəlmək bacarığına, öz futbolumuzu nümayiş etdirməyə malik olmalıyıq”.

“Qarabağ”la “Braqa” arasındakı ilk görüş fevralın 15-də Portuqaliyada, cavab oyunu isə fevralın 22-də Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button