Braziliya millisinin baş məşqçisi Neymar – “Barselona” iddiası haqda danışdı

Braziliya milli komandasının baş məşqçisi Tite Neymarın PSJ-dən ayrılıb, “Barselona”ya qayıdacağı iddiaları ilə bağlı danışıb.

Komanda.az xəbər verir ki, yerli mətbuata açıqlama verən 58 yaşlı mütəxəssis, braziliyalı futbolçuya bəzi məsləhətlər verib:

“Neymara həm bir futbolçu, həm də bir insan kimi özünü xoşbəxt hiss edəcəyi bir klubda olmasını məsləhət edirəm. Klub, böyük bir ailədir.

O, “Barselona”ya qayıdacaq? Bu, xüsusi bir vəziyyətdir. Neymar peşəkar futbolçudur. İndiki halda bir çox komponentləri nəzərə almaq lazımdır”.

İspaniya mətbuatı Neymarın “Barselona”ya qayıtması üçün bütün ictimaiyyət qarşısında Kataloniya təmsilçisindən və azarkeşlərindən üzr istəməli olduğunu iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button