“Tutduğunu buraxmayan” məşqçi – Tite
Braziliya millisi Amerika kubokunun final matçında Perunu məğlub edərək, çempion olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:1 hesabıyla bitən qarşılaşma Braziliya milli komandasının baş məşqçisi Tite üçün əlamətdar olub. Belə ki, 58 yaşlı mütəxəssis Amerika kuboku, Libertadores kuboku və Sudamerikana kubokunu qazanan ilk baş məşqçi olub.
Tite “İnternasional” klubu ilə Sudamerikananı, “Korintians”la Libertadoresi, Braziliya millisi ilə isə Amerika kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin