Tibbi müayinədən keçə bilmədi, İtaliyaya qayıtdı
İtaliyanın “Yuventus” klubunun qapıçısı Mattia Perinin “Benfika”ya keçməyə yaxın olduğunu xəbər vermişdik.
Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı qapıçının “Benfika”ya transferi baş tutmayıb. “Benfika”nın Portuqaliyaya çağırdığı və tibbi müayinədən keçirdiyi qapıçının zədəli olduğu məlum olub. Futbolçunun İtaliyaya qayıtdığı və zədəsini sağaltdıqdan sonra yenidən “Benfika” üçün tibbi müayinədən keçəcəyi bildirilir.
“Benfika”nın bu transfer üçün Turin təmsilçisinə 15 milyon avro ödəyəcəyi deyilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin