“Uşaqlarımın “Çelsi” üçün oynadığını görməyi xəyal edirəm” – Braziliyalı futbolçu

Braziliyalı müdafiəçi Tiaqo Silva London klubunda keçirdiyi son matçdan sonra “Çelsi” ilə vidalaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı braziliyalı futbolçu kluba təşəkkür edib:

“Uşaqlarımın sizin üçün oynadığını görməyi xəyal edirəm. Təşəkkür edirəm, “Çelsi”. Azarkeşlərə təşəkkürlər. Hamınızı sevirəm. Bye-bye”.

Premyer Liqanın 38-ci turunda londonlular doğma meydanda “Bornmut”a 2:1 hesabı ilə qalib gəlib.

“Fluminense” daha əvvəl Tiaqo Silvanın kluba qayıdacağını açıqlayıb. Braziliyalı futbolçunun “zadəganlar”la müqaviləsi yayda başa çatır.

Silva cari mövsümdə bütün yarışlarda 38 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button