Braziliya klubu “Çelsi”nin futbolçusu üçün hərəkətə keçib
“Çelsi”nin müdafiəçisi Tiaqo Silva karyerasını “Fluminense”də davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Silva 2006-09-cu illərdə çıxış etdiyi “Fluminense”yə qayıda bilər.
39 yaşlı futbolçunun London klubu ilə müqaviləsi bu ilin iyununda başa çatır.
Braziliya klubu Silvanı azad agent kimi dəvət etmək istəyir və artıq müqavilə üzərində işləyir. Tiaqo özü də əvvəllər gələcəklə bağlı qərarını tezliklə açıqlayacağını bildirmişdi. O, artıq “Çelsi”də 4-cü mövsümünü keçirir.
Braziliyalı futbolçu “Çelsi” ilə ilk mövsümündə karyerasında ilk dəfə Çempionlar Liqasını qazana bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin