İngiltərənin ən çox qazanan idmançısı bilindi

“The Times” nəşri İngiltərənin ən çox qazanan idmançısının adını açıqlayıb.

Komanda.az xəbər verir ki, nəşrin araşdırmasına görə, bu, Formula 1 pilotu Levis Hamiltondur. 35 yaşlı pilot karyerası boyunca 224 milyon funt-sterlinq qazanıb.

İkinci sırada isə “Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhemdir. Hazırda “İnter Mayami” klubunun da sahibi olan Bekhem, karyerası boyunca 200 milyon funt-sterlinq qazanıb.

Hamilton, 2019-cu ildəki qazanclarına görə Bekhemi geridə qoymağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button