“The Best”: Kimin nə qədər xal topladığı bilindi

FİFA 2022-ci ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermənin nəticələrini elan edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatı qazanan PSJ-nin hücumçusu Lionel Messi Fransa təmsilçisindəki komanda yoldaşı Kilian Mbappeni səkkiz xal qabaqlayıb.

Messi 52 xalla lider olubsa, Mbappe 44 xal toplaya bilib.

Üçüncü sırada “Real”ın oyunçusu Kərim Benzema yer alıb. O, 34 xal toplayıb.

  1. Lionel Messi (Argentina, PSJ) – 52 xal
  2. Kilian Mbappe (Fransa, PSJ) – 44 xal
  3. Kərim Benzema (Fransa, “Real”) – 34 xal
  4. Luka Modriç (Xorvatiya, “Real”) – 28 xal
  5. Erlinq Haland (Norveç, “Mançester Siti”) – 24 xal
  6. Sadio Mane (Seneqal, “Bayern”) – 19 xal
  7. Xulian Alvares (Argentina, “Mançester Siti”) – 17 xal
  8. Əşrəf Hakimi (Mərakeş, PSJ) – 15 xal
  9. Neymar (Braziliya, PSJ) – 13 xal
  10. Kevin de Bruyne (Belçika, “Mançester Siti”) – 10 xal
  11. Vinisius Junior (Braziliya, “Real”) – 10 xal
  12. Robert Levandovski (Polşa, “Barselona”) – 7 xal
  13. Çud Bellingem (İngiltərə, “Borussiya D”) – 3 xal
  14. Məhəmməd Salah (Misir, “Liverpul”) – 2 xal
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button