TFF yenidən FİFA-ya müraciət etdi – Transfer pəncərəsinə görə

Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələyə görə transfer pəncərəsinin müddətinin növbəti dəfə uzadılması qərara alınıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlama verib.

Onun sözlərinə görə, transfer pəncərəsinin müddətinin martın 5-nə kimi uzadılması ilə bağlı FİFA-ya müraciət ünvanlayıblar. Hazırda bu müraciətə cavab gözləyirlər.

Xatırladaq ki, Türkiyədə qış transfer pəncərəsi fevralın 8-də bağlanmalı idi. Lakin TFF məhz ölkə ərazisindəki təbii fəlakətlə əlaqədar olaraq FİFA-ya müraciət etmiş və bu müddət daha 10 gün artırılmışdı. Lakin görünür, bu müddət də yetərli olmadığı üçün indi vaxtın uzadılmasına ehtiyac yaranıb.

TFF prezidenti onu da qeyd edib ki, zəlzələyə görə fasilə verdikləri mövsümün bərpası martın 3-4-nə nəzərdə tutulub. Lakin Super Liqadan “Qaziantep” və “Hatayspor”, Birinci Liqadan “Yeni Malatyaspor” və “Adana Dəmirspor”, İkinci Liqadan “Adıyaman” və “Diyarbəkirspor”, Üçüncü Liqadan isə “Niğde Anadolu”, “Malatya Arguvanspor”, “Kahramanmaraşspor” və “Osmaniyəspor” komandaları mövsümün qalan hissəsində meydana çıxmayacaqlar. Bu komandalara mövsümün qalan oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Lakin onların hamısı növbəti mövsümə eyni çempionatda başlamaq hüququna malik olacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button