TFF-dən Super Liqa ilə bağlı yekun qərar – RƏSMİ
Futbol üzrə Türkiyə Super Liqasının iyunun 12-də başlayacağı təsdiqlənib.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası rəhbərliyinin bu gün keçirilən iclasında yekun qərar qəbul edilib.
Məlumata görə, 7 klubun cari mövsüm liqanı tərk etmək qaydasının ləğv edilməsi tələbi rədd edilib. Çempionatın daha öncə də təyin edilən vaxtda – iyunun 12-də başlayacağı açıqlanıb.
Federasiya Türkiyə Kubokunun da öncədən təyin edilən təqvimlə davam edəcəyini bildirib. Super Liqa iyunun 12-də, 27-ci turdan bərpa olunacaq.
Xatırladaq ki, Türkiyədə çempionatlar koronavirus pandemiyasına görə martdan bəri dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin