TFF bu müddətdə bütün oyunların təxirə salındığını açıqladı
Türkiyə Futbol Federasiyası (TFF) bəyanat yayıb.
Komanda.az xəbər verir ki, qurum ölkədə baş verən zəlzələ səbəbindən 5 gün müddətinə bütün oyunları təxirə salıb.
TFF fevralın 7-dən 12-dək proqramda olan bütün peşəkar və həvəskar çempionatların təxirə salındığını açıqlayıb.
10-13-ü aralığında keçirilməli olan Super Liqa və digər liqaların matçları 17-20 fevralda oynanılacaq. Digər turlar isə buna uyğun planlaşdırılacaq. Super Liqa çərçivəsində dünən keçirilməli olan “Ümraniyespor” – “Adana Dəmirspor”, “Giresunspor” – “Kayserispor” və “Fənərbaxça” – “Konyaspor” görüşləri isə 21-23 fevralda baş tutacaq.
Təxirəsalma səbəbindən yüksək liqanın 24-cü və 25-ci turunun təqvimi yenidən formalaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin