
TFF binasına silahlı hücum
Türkiyə Futbol Federasiyasının (TFF) binasına silahlı hücum edilib.
Komanda.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb.
Xəbərdə yerli vaxtla 17:50-18:00 aralığında odlu silahdan TFF binasının atəşə tutulduğu diqqətə çatdırılıb.
Mərmilərdən birinin prezidentin əyləşdiyi otağa, daha birinin isə idarə heyətinin toplaşdığı otağa tuş gəldiyi bildirilir. Ölən və ya yararlananların olub-olmadığı bilinmir. Hadisənin kim və kimlər tərəfindən törədildiyi də hələ məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin