“Dizim artıq daha yaxşıdır” – Ağır zədə alan futbolçu

“Bayern”in sol cinah müdafiəçisi Alfonso Deyvis bərpa prosesi haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, vəziyyətinin yaxşı olduğunu söyləyib:

“Özümü xoşbəxt hiss edirəm. Dizim artıq daha yaxşıdır, əzələlərim bərpa olunur. Hazırkı vəziyyətimdən razıyam. Şadam ki, tezliklə meydançaya qayıda biləcəm. Bir az daha gözləməli olacağıq, amma bu, bir müddət əvvəl baş verənlərlə müqayisədə artıq qorxulu görünmür”.

Deyvis mart ayında Kanada millisi ilə oyunda çarpaz bağını zədələyib. Futbolçunun yenidən meydana qayıtması payızda planlaşdırılır. 24 yaşlı müdafiəçi son mövsümdə “Bayern”in heyətində 31 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button