
Tezliklə istefaya göndəriləcək
“Everton”un baş məşqçisi Frenk Lempard tezliklə istefaya göndərilə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Lempard 2022-ci ilin yanvarından “Everton”a rəhbərlik edir. Komanda yanvarın 21-də “Vest Hem”ə uduzub (0:2) və İngiltərə Premyer Liqasında qələbəsiz seriyasını səkkiz matça çatdırıb.
“Everton” Premyer Liqada 20 matçdan sonra 15 xalla 19-cu yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin