
“Tezliklə görüşənədək, dostum!” – FOTO
Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, fransalı hücumçu Kilian Mbappeyə müraciət edərək, bu sözləri yazıb:
“Tezliklə görüşənədək, dostum!”
Hakimi ilə Mbappe PSJ-də komanda yoldaşıdır.
Mərakeş millisi DÇ-2022-nin 1/4 finalında Portuqaliyaya qalib gələrək (1:0), yarımfinala yüksəlib. Növbəti mərhələdə onların rəqibi Fransa yığması olacaq.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin