Teymur Rəcəbov: “Özümü təcrid etmişəm, karantində deyiləm”
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya etməsi ilə bağlı “İnstagram”dakı paylaşımına aydınlıq gətirib.
Komanda.az xəbər verir ki, 33 yaşlı qrossmeyster sosial şəbəkə hesabında növbəti payaşımında yazdığı fikirlərinin yanlış anlaşıldığını, karantində olmadığını qeyd edib:
“Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Halbuki sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdu, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, “İnstagram” vasitəsilə nüfuzum daha da artır”.
Xatırladaq ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.
Bizi Facebook-da izləyin