Teymur Rəcəbov məğlub oldu
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın ikinci turunda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Matç 75-ci gedişdə rəqibin qələbəsi ilə başa çatıb.
Təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə etmişdi.
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
2-ci tur
Hikaru Nakamura (ABŞ) – Teymur Rəcəbov (Azərbaycan) 1:0
Rixard Rapport (Macarıstan) – Alireza Firuzca (Fransa) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) – Dinq Liren (Çin) 0,5:0,5
Yan Nepomnyaşi (FIDE) – Fabiano Karuana (ABŞ) 0,5:0,5
Xal durumu: Karuana, Nepomnyaşi -1,5, Rapport, Firuzca, Duda, Nakamura – 1, Liren, Rəcəbov – 0,5.
Bizi Facebook-da izləyin