Teymur Rəcəbov ilk görüşdəcə məğlub oldu
Azərbaycan şahmatçısı Teymur Rəcəbov ispaniyalı Pepe Kuensanın dəvəti ilə qatıldığı onlayn turnirdə məğlub olub.
Komanda.az xəbər verir ki, 33 yaşlı qrossmeyster 1/4 finalda ispaniyalı David Antonla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 7:6.
Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispan şahmatçı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.
Teymur Antona uduzduqdan sonra “Twitter”də paylaşım edib. O, təşkilatçı Pepe Kuensaya və “Chess24es” portalına təşəkkürünü bildirib:
“Darıxdırıcı başlanğıc və çılğın sonluq! Növbəti görüşdə Antona uğurlar arzulayıram”.
Qeyd edək ki, bu gün start götürən və olimpiya sistemi ilə keçirilən turnir 1/4 final mərhələsindən başlayıb. Yarışda 8 şahmatçı mübarizə aparır.
Bizi Facebook-da izləyin