Teymur Rəcəbov Aronyana qalib gələrək çempion oldu

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub.

Komanda.az xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.

Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı qrossmeyster bu dəfə də ona şans verməyib. İlk iki partiyada heç-heçə edən Rəcəbov 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.

Qeyd edək ki, Teymur Rəcəbov “Airthings Masters” turnirinin 1/4 finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniel Dubovu məğlub etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button