
Teymur Rəcəbovun iştirakı ilə “ustad dərsi”
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsi” keçirilib.
Bu barədə Komanda.az-a qurumdan məlumat verilib.
Yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları, o cümlədən perspektivli şahmatçılar bu dəfə dünya kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbovla görüşüblər.
Mötəbər yarışlara hazırlıq barədə danışan qrossmeyster müxtəlif partiyaları təhlil edərək, sonda uşaqların suallarına cavab verib.
Oktyabrda kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Millinin kapitanı Teymur Rəcəbov olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



