Teymur Rəcəbov Levon Aronyana qalib gəldi
Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.
Komanda.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov 7-ci turda prinsipial qarşılaşmaya çıxıb.
Şahmatçımız erməni Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3.5-ə çatdırıb.
Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin