“CBC Sport”dan “Səbail” – “Keşlə” matçıyla bağlı açıqlama

Bu gün Azərbaycan Premyer Liqasında keçirilən “Səbail” – “Keşlə” matçının “CBC Sport” telekanalında canlı yayımı zamanı texniki səbəblərdən problem yaranıb.

Komanda.az xəbər verir ki, bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb. Məlumatda, qısa zamanda problemin aradan qaldırılacağı və qarşılaşmanın ikinci hissəsində yayımın bərpa olunacağı bildirilib.

“Səbail” – “Keşlə” matçının ilk hissəsi 0:0 hesabıyla bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button