Sabiq futbolçu Messi ilə Ronaldonu vida matçına dəvət etmək istəyir

Argentinalı sabiq hücumçu Karlos Teves ulduz futbolçuların dəvət olunacağı vida yoldaşlıq oyunu təşkil etmək niyyətində olduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xüsusilə, “Mançester Yunayted”dəki sabiq komanda yoldaşı Kriştiano Ronaldo və Argentina millisindəki keçmiş komanda yoldaşı Lionel Messini dəvət etməyə hazır olduğunu bildirib:

“Vida oyunu keçirmək planım var, sadəcə, uyğun vaxt tapmaq lazımdır. Messi ilə Ronaldonu dəvət etmək istərdim”.

Teves futbolçu karyerasını 2022-ci ildə başa vurub. O, karyerası ərzində “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” və “Şanxay Şenxua” kimi klublarda çıxış edib. Sabiq futbolçu “qırmızı şeytanlar”ın heyətində Çempionlar Liqasını qazanıb, Argentina millisi ilə isə olimpiya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button