“Topu itirəndə onu geri almağa çalışan iki öküz kimi idik” – Runi
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi sevimli hücum tərəfdaşı ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sabiq futbolçu Karlos Teveslə bir-birlərini çox yaxşı tamamladıqlarını söyləyib:
“Teves! Qarşılıqlı münasibətimiz xoşuma gəlirdi. Düzünü desəm, ikimiz bir-birimizi çox yaxşı tamamlayırdıq. Adətən, Luis Saha, Ruud van Nistelroy və ya Robin van Persi ilə oynayanda bu hücumçular həmişə “doqquz nömrə” kimi oynayırdılar və mənə “on nömrə”li mövqe verilirdi. Teveslə biz yerimizi dəyişə bilirdik, mən “doqquz nömrə”də oynaya bilirdim, o isə “on nömrə”də və ya əksinə. Topu itirəndə onu geri almağa çalışan iki öküz kimi idik. Teves hücum partnyoru kimi oynamaqdan ən çox həzz aldığım biri idi”.
38 yaşlı keçmiş hücumçu Runi 2004-cü ilin yayından 2017-ci ilin yayına kimi “Mançester Yunayted”də çıxış edib. 39 yaşlı argentinalı sabiq hücumçu Karlos Teves 2007-ci ilin avqustundan 2009-cu ilin iyununa kimi “qırmızı şeytanlar”ın formasını geyinib.
Bizi Facebook-da izləyin