
Terziç onu istəmir
“Borussiya” (Dortmund) futbolçusu Tomas Menyeni yay transfer pəncərəsində satmağı planlaşdırır.
Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, 31 yaşlı belçikalı futbolçu Bundesliqa təmsilçisinin çalışdırıcısı Edin Terziçin planlarında yer almayıb.
Menye 2020-ci ilin iyulundan “Borussiya”da çıxış edir. Cari mövsümdə o, Dortmund klubunun heyətində 16 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin