
Almaniyalı məşqçi “Monako”nun təklifini rədd edib
Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Edin Terziç “Monako”nun təklifini qəbul etməyib.
Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, Fransa təmsilçisinin rəhbərliyi, komandanın baş məşqçisini dəyişməyi planlaşdırırdı. Bu məqsədlə monakolular Terziçlə danışıqlar aparsalar da, almaniyalı mütəxəssis təklifi rədd edib.
“Monako” hazırda Liqa 1-də 7 turdan sonra topladığı 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Rəhbərlik baş məşqçi postuna “Yuventus”un sabiq çalışdırıcısı Tyaqo Mottanı da nəzərdən keçirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



