Benzema terror təşkilatı ilə əlaqədə ittiham olunur
Fransanın daxili işlər naziri Jerald Darmanin “Əl-İttihad”ın hücumçusu Kərim Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda günahlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun Rusiyada qadağan olunan təşkilat ilə işbirliyi olduğunu söyləyib:
“Biz hamımız bilirik ki, cənab Benzemanın “Müsəlman Qardaşlar” (Rusiyada qadağan olunmuş təşkilat) ilə bədnam əlaqələri var”.
Bundan əvvəl Benzema İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini ifadə edib.
Oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edərək, hərbi əməliyyatlara başladığını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin