‘Bu komanda mənim dövrümün ən yaxşısı idi” – Terri

“Çelsi”nin və İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri oynadığı vaxtlar üçün ən yaxşı komandanı seçib.

Komanda.az xəbər verir ki, ingiltərəli keçmiş futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunu deyib:

“2009-cu ildə “Nou Kamp”da dünyanın ən yaxşı oyunçularından birinə qarşı “Barselona” ilə oynamaq arzum idi. Bu komanda mənim dövrümün ən yaxşısı idi. O illərdə yalnız “Çelsi” onlara qarşı mübarizə apara bilərdi”.

Terri 1998-2017-ci illərdə “Çelsi”nin rənglərini qoruyub. O, London komandası ilə birlikdə beş dəfə İngiltərə Premyer Liqasının çempionu, həmçinin Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button