Terimlə Luçesku arasında mübahisə yaşandı – İşə polis qarışdı

“Panatinaikos”un baş məşqçisi Fatih Terimlə PAOK-un çalışdırıcısı Razvan Luçesku arasında gərginlik yaşanıb.

Komanda.az xəbər verir ki, insident çempionluq uğrunda mübarizə aparan komandaların Yunanıstan Super Liqasının 20-ci turunun qarşılaşmasında baş verib.

Matçın 56-cı dəqiqəsində PAOK hesabı 2:1 öz xeyrinə dəyişərkən komandaların ehtiyat oyunçuları və baş məşqçiləri arasında qarşıdurma yaranıb. Polis müdaxilə edərək tərəfləri sakitləşdirib.

Məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğlu olan Razvan Luçeskunun çalışdırdığı PAOK 2:1 hesablı qələbədən sonra 47 xalla lider, “Panatinaikos” isə 44 xalla 3-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button