Luçesku: “Terimin oğluma qarşı şansı yoxdur”

Türkiyə millisinin sabiq baş məşqçisi Mirça Luçesku Fatih Terimin Yunanıstanın “Panatinaikos” klubuna baş məşqçi təyin olunmasına münasibət bildirib.

Komanda.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis hazırda Yunanıstanda lider PAOK-u çalışdıran oğlu Razvan Luçeskunun Terimə heç bir şans verməyəcəyini deyib:

“Terim Yunanıstan Super Liqasına həyəcan gətirəcək. Mən “Beşiktaş”ı çalışdırarkən Türkiyə Super Liqasında Terimin “Qalatasaray”ı ilə derbi oyunlarında qalib gəldik və komandanı çempionluğa apardım. Terimin indiki rəqibi isə Razvandır. Onun Terimə qarşı heç bir oyunda uduzmayacağını düşünürəm. Terimin oğluma qarşı şansı yoxdur”.

Hazırda Yunanıstan Super Liqasında PAOK 38 xalla lider, “Panatinaikos” isə 37 xalla 2-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button