Terim onu istəyir – “Qalatasaray” ingilislərin qapısını döyəcək
“Everton”da heyətə düşməkdə çətinlik çəkən Cenk Tosun Türkiyə klubunun maraq dairəsindədir.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, forvard axtarışlarını davam etdirən “Qalatasaray”, 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Baş məşqçi Fatih Terimin qətiyyətlə istədiyi futbolçu üçün icarə təklifi edəcəyi deyilən “cim-bom”un bu arzusuna, İngiltərə klubunun müsbət yanaşacağı gözlənilir.
Karyerasına İngiltərədə davam etmək istədiyi deyilən türk futbolçu ilə Terimin birbaşa danışacağı deyilir.
“Everton”la 2022-ci ilədək müqaviləsi olan Cenk Tosun, bu mövsüm iştirak etdiyi 17 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. O, keçən mövsüm 22,5 milyon avro qarşılığında “Beşiktaş”dan transfer olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin