Ter Ştegenə koronavirus əngəli
İspaniyanın “Barselona” klubu qapıçısı Mark-Andre Ter Ştegenlə yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Danışıqların təxirə salınması koronavirus pandemiyasının iqtisadi təsiri ilə əlaqədardır. “Barselona” pandemiyanın futbolçuların gələcək məvaciblərinə təsir etməyəcəyinə əmin olduqdan sonra Ter Ştegenlə danışıqları bərpa etmək fikrindədir.
Futbolçu ilə klub arasında maliyyə məsələlərində anlaşılmazlıq yaşanmasına baxmayaraq, hər iki tərəfin müqavilənin uzadılmasını hədəflədiyi bildirilir.
2014-cü ildən “Barselona”nın şərəfini qoruyan 27 yaşlı qolkiperin klubla müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin